İnsanlara hürriyət, millətlərə istiqlal!

Eldəniz Əzizli: “Prezidentin dəstəyi güləşçiləri daha da ruhlandırır”

462 09.04.2022 21:03 İdman A A

“Ölkə başçısı daim idmana və idmançılara dəstək olub. Biz də bu dəstəkdən ruhlanır, həvəslənir və yarışlara daha yaxşı hazırlaşırıq”.

Bunu “Report”a açıqlamasında Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Prezident İlham Əliyevlə görüş barədə danışarkən deyib.

55 kq çəki dərəcəsində çıxış edən idmançı qəbul zamanı dövlət başçısının güləşçilərə dəyərli tövsiyələr verdiyini bildirib:

“Biz də bundan sonra işimizə daha məsuliyyətlə yanaşacağıq. Ümumiyyətlə, görüş çox xoş oldu. Yunan-Roma güləşi üzrə yığma komandanın adından Prezidentə təşəkkür edən idmançı mən oldum. Elə oldu ki, mətni mənə verdilər və özüm çıxış etdim. Prezidentə minnətdarlığımızı bildirdik”.

Əzizli 5-6 noyabrda Bakıdakı Dünya Kubokunda eyni uğuru təkrarlamaq istədiklərini vurğulayıb:

“İnanıram ki, komandamız bu dəfə də yaxşı çıxış edəcək və kubokun paytaxtımızda qalması üçün əlimizdən gələni edəcəyik. Beləliklə, Prezidenti öz uğurlarımızla bir daha sevindirmək niyyətindəyik”.

30 yaşlı pəhləvan bildirib ki, Prezident İlham Əliyevin onları və güləşi diqqətdə saxlaması idmançılar üçün böyük motivasiyadır:

“Ölkə başçısının səni şəxsən tanıması, nailiyyətlərini bilməsi və izləməsi bizim üçün böyük fəxrdir. Fəxr edirik ki, bizi - idmançıları başa düşən Prezidentimiz var. Buna görə nə qədər şükür etsək, “çox sağ ol” desək, azdır”.

Təcrübəli idmançı güləşdən başqa digər idman növlərinin də dövlətin diqqət mərkəzində olduğunu sözlərinə əlavə edib:

“Qazanılan uğurla kifayətlənmək istəmirik. Bu il daha 3 nüfuzlu yarışımız var, hamısında maksimum nəticə qazanmaq niyyətindəyik. Daha sonra növbəti, lisenziya ilinə xoş təəssüratlarla girmək istəyirik”.

Əzizli Prezident İlham Əliyevin gənclərə böyük etimad göstərdiyini və komandalarında da gənc güləşçilərin yer aldığını deyib:

“Yaxşı gənc idmançılarımız var və bu da onu göstərir ki, bütün işlər düzgün qurulub. Prezidentlə görüşdə olanlardan Avropa üçüncüsü Həsrət Cəfərovun (67 kq) 19, təcrübəli Rafiq Hüseynovun (82 kq) isə 34 yaşı var. Gənclərimiz qarşıdakı yarışlarda daha yaxşı nəticələr əldə edəcəklər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR