İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlcəzair XİN başçısı Elçin Əmirbəyovla görüşdü - Bu məsələlər MÜZAKİRƏ EDİLDİ FOTO

530 14.03.2024 10:15 Siyasət A A

Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyovu qəbul edib.

Musavat.com xəbər verir ki, iki ölkə arasında münasibətlər və regional məsələlər müzakirə edilib.

Əhməd Attaf nazirliyin iqamətgahında Elçin Əmirbəyovu respublika Prezidenti Əbdülməcid Tebbunun adından qəbul edib.

Bu görüş haqqında nazirliyin mətbuat xidməti də məlumat yayıb. KİV-ə həmin görüş barəsində verilən məlumata görə, tərəflər iki ölkə arasındakı münasibətlərin dinamikasını yüksək qiymətləndiriblər. Görüşdə həmçinin dinamik şəkildə inkişaf edən ikitərəfli əlqələrin gələcəkdə daha da dərinləşdirilməsinin təmin edilməsi üçün atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılıb.

FFFFFFFF.JPG (63 KB)

Əməkdaşlığın daha geniş sahələrə və istiqamətlərə şaxələndirilməsinin, xüsusən də iqtisadi sahədə dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Bildirilib ki, bu il iki ölkə arasındakı diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümü qeyd edilir və bu addımlar da həmin tarixi hadisə ilə eyni vaxta təsadüf edir. Tərəflər həmçinin, öz regionlarında baş verən son hadisələri də müzakirə ediblər. Bu yaxınlarda Əlcəzairin ev sahibliyi etdiyi Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 7-ci Zirvə Toplantısının nəticələri kontekstində enerji keçidi məsələsi ilə bağlı aspektlər üzrə fikir və təhlil mübadiləsi aparıblar. Nazirliyin açıqlamasında Azərbaycanın qarşıdan gələn noyabr ayında iqlim dəyişikliyi üzrə Bakı konfransını (COP29) təşkil etmək istəyi haqqında da məlumat verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR