İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekvadorda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb

244 02.04.2023 09:05 Hadisə A A

Ekvadorun mərkəzindəki Alausidə torpaq sürüşməsi nəticəsində azı 27 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

“Alausidə torpaq sürüşməsi sonucunda 27 nəfərin öldüyü təsdiqlənib”, - qurumun tviter hesabında verdiyi açıqlamada deyilib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Martın 31-nə olan vəziyyətə əsasən, 67 nəfər itkin düşüb.

Xatırladaq ki, martın 27-nə keçən gecə sürüşmə yaşayış binalarını uçurub. Ümumilikdə təbii fəlakət zonasında 500-dən çox insan olub. Qırmızı Xaçın qiymətləndirməsinə görə, 163 ev dağılıb və ya zədələnib.

Qeyd edək ki, daha öncə 21 nəfərin öldüyü bildirilirdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR