İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ekstremal tədbirlər görəcəyik” - Araikin “müşaviri”

1018 18.07.2023 18:33 Son xəbər A A

“Bizim öz gündəmimiz var, Azərbaycanın öz gündəliyi var və hazırda dolayısı ilə müəyyən proseslər gedir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu iyulun 18-də Fransanın Ermənistandakı səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı Araik Arutyunyanın “müşaviri” Vladimir Qriqoryan jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu məsələ ilə Rusiya sülhməramlı kontingentinin komandanlığı məşğul olur. Qriqoryanın bildirdiyinə görə, yerli separatçılar, o cümlədən Araik Arutyunyan vəziyyəti daha yumşaq şəkildə həll etmək üçün görünən və görünməyən vasitələrdən istifadə edib, lakin buna baxmayaraq, iş çox irəli gedib, vəziyyət hər gün pisləşir.

“Müşavir” vəziyyətin həlli üçün bir həftə vaxt verdiklərini, bundan sonra başqa tədbirlər görəcəklərini söyləyib.

“Hələlik ictimaiyyətə açıqlamaq istəmədiyimiz başqa tədbirlər görüləcək. “Dağlıq Qarabağ Respublikası” (qondarma, oyuncaq qurum - red.) özünü Azərbaycanın bir hissəsi kimi görmür”, - deyə o bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyinə gəlincə, Vladimir Qriqoryan Ermənistan hökumətinin başçısının əvəzinə cavab verməkdən imtina edərək, bu sualı şəxsən ona ünvanlamağa çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR