İnsanlara hürriyət, millətlərə istiqlal!

Eks-prezident ölkədən çıxmaq üçün Zelenskidən icazə istədi – Natiq Cəfərli ilə “Canlı debat”

875 30.05.2022 13:24 Gündəm A A


Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko hazırkı dövlət başçısı Volodimir Zelenskiyə ölkədən çıxışına icazə verilməsi üçün müraciət edib. Eks-prezident müraciətini teleqram kanalında paylaşıb.

O, Niderlandın Rotterdam şəhərində Avropa Xalq Partiyasının sammitində çıxış etməli olduğunu deyib. Bildirib ki, onun Ali Rada sədrinin imzası ilə rəsmi ezamiyyət sənədi var. “NATO Parlament Assambleyasına parlament nümayəndə heyətinin tərkibində rəsmi səfərim tamamilə qanunsuz olaraq pozulduqdan sonra ümid edirəm ki, nəticələr çıxarılıb və Rotterdama getməyimə heç kim mane olmayacaq”, - deyə Poroşenko vurğulayıb.

Xatırladaq ki, bu yaxınlarda Poroşenko Polşaya getmək istəsə də, onun ölkədən çıxışına icazə verilməyib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat”da ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

Youtube səhifəsinin ünvanı:


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR