İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstanda qəzaya uğrayan təyyarədən 1,2 milyon dollar yoxa çıxıb

507 25.01.2024 15:15 Dünya A A

Rusiyanın Əfqanıstanda qəzaya uğrayan “Falcon-10” təyyarəsindən 1,2 milyon dollar oğurlanıb.

Musavat.com xəbər verir ki, bu barədə yerli "Hasht e Subh" nəşri yazıb. Media qurumunun yazdığına görə, qəzaya uğrayan təyyarəyə ilk olaraq “Taliban” silahlı qüvvələrinin baş qərargah rəisi Qari Fasihuddin Fitratla əlaqəli olan bir qrup şəxs gəlib.

Bədəxşan qubernatoru Məhəmməd Əyyub Xalid hadisədən xəbər tutaraq quldurluğu araşdırmaq üçün komissiya yaradıb. Komissiyaya bu əyalətdə “Taliban” kəşfiyyatının rəhbəri olan şəxs başçılıq edir.

“Falcon-10”-un sağ qalan pilotlarından birinin atası Yuri Qraçov təyyarədən 1,2 milyon dollar oğurlanması ilə bağlı xəbəri dezinformasiya adlandırıb. “Məncə, bu bir növ saxtakarlıqdır. Bu, qətiyyən pilotların pulu deyil, o deməkdir ki, onu sahibkar aparıb”.
O, güman edir ki, təyyarədə olan iş adamları Anatoli və Anna Yevsyukovun oğlu jurnalistlərə təyyarədəki pullar haqqında məlumat yayıb. Qraçovun sözlərinə görə, media nümayəndələri özləri uydurublar ki, əgər sahibkarların pulu olubsa, deməli, tapılıb və oğurlanıb.

Təyyarə qəzası Bədəxşan vilayətində yanvarın 21-də baş verib. Hindistandan Moskvaya tibbi uçuş həyata keçirən təyyarə dağlarda qəzaya uğrayıb. “Falcon-10”-un texniki nasazlıq nəticəsində qəzaya uğradığı, uçuş zamanı hər iki iki mühərrikin sıradan çıxdığı bildirilir.

Təyyarədə iki pilot, iki tibb işçisi və iki sərnişin - Volqodonskdan olan sahibkarlar Anna və Anatoli Yevsyukov olub. Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov iki sərnişinin qəzadan sağ çıxmadığını təsdiqləyib.

Cütlük ötən il dekabrın ortalarından Taylandda istirahət edirdi. Orada Yevsyukova ağır xəstələnib və yerli klinikalardan birində müalicə olunub. Süni ağciyər ventilyasiyası cihazına (ALV) qoşulan Annanın Rusiyaya aparılması qərara alınıb və onu daşımaq üçün təyyarə sifariş edilib.

“Falcon-10” qəzasında sağ qalan dörd nəfər - pilotlar Dmitri Belyakov və Arkadi Qraçov, həmçinin həkimlər Pavel Popov və İqor Sıvorotkin ciddi xəsarət almayıb.

Onlar Kabilə aparılıb, orada zərərçəkənlərə lazımi yardım göstərilib. Hazırda onların Rusiyaya göndərilməsi məsələsi həll edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR