İnsanlara hürriyət, millətlərə istiqlal!

Ədalət Verdiyev: "Xəstə ermənilərin müalicə üçün Şuşaya getmələri məsləhətdir"

608 20.06.2023 12:25 Siyasət A A

Son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatlar ara vermir. Havadarlarından xüsusi göstəriş alan ermənilər bu əməlləriylə bölgədə sülhə əngəl yaradırlar. Əslində hadisələrin bu cür gedişi Ermənistan hakimiyyəti üçün yaxşı heç nə vəd etmir. Amma düşmən ölkə hər vəchlə aranı qatmaq, beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi imic formalaşdırmağa davam edir. Laçın sərhəd keçid məntəqəsində baş verən təxribatlar da bunun əyani sübutudur.

Burda təkcə ermənilərin xarici havadarları deyil, daxildəki revanşist qüvvələr də rol oynayır. Amma bütün bunlarda məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür.

Hərbi ekspert Ədalət Verdiyev KONKRET.az-a açıqlamasında təxribatların davam edəcəyi təqdirdə Azərbaycanın cavabının daha tutarlı olacağını deyir:

“Biz uzun müddət erməni təxribatlarına yalnız adekvat cavab verməklə kifayətlənə bilmərik. Bu təxribatlara daha təsirli və səmərəli bir cavab vermək məcburiyyətindəyik. Bu da işğalçı Ermənistan üçün yaxşı heç nə vəd etmir. Bu gün Ermənistanın törətdiyi təxribatlar Azərbaycan üçün kifayət qədər ciddi təhdidlər yaradır. Hesab edirəm ki, Azərbaycan bu təxribatlara yalnız adekvat cavablar verməklə kifayətlənməyəcək.

Ermənistan öz fəaliyyətində ciddi korrektələrə yol verməsə, yaxın günlərdə istəmədiyi sülhün alternativi olan müharibəni, ən azından lokal toqquşmanı əldə edəcək və bu, İrəvan üçün kifayət qədər sarsıdıcı zərbə olacaq. Zəngəzur dəhliziylə bağlı məsələyə gəlincə, onu deyə bilərəm ki, dəhliz sırf İranın təzyiqinə görə açılmır. Əslində Ermənistanın özü üçün dəhlizin açılması həyatı əhəmiyyət kəsb edir.

Laçın sərhəd keçid məntəqəsində isə son duruma nəzər saldıqda, keçid məntəqəsi fəaliyyətini dayandırıb. İndi həm orada xidmət edən şəxsi heyətimiz üçün, həm də keçiddən istifadə edən erməni vətəndaşlarımız üçün kifayət qədər ciddi təhdidlər yarandığından sərhəd keçid məntəqəsi işləmir. Burada baş verən insidentlə bağlı Baş Prokurorluq araşdırma və istintaq fəaliyyətlərini davam etdirir. Buna görə sərhəd keçid məntəqəsinin açılması real görünmür. Amma orada yaşayan ermənilərin kütləvi xəstələnmək xobbisi var. Bu məsələylə bağlı mən fərqli variant təklif etmək istərdim. Məsələn, Xankəndində xəstələnən erməninin uzun-uzadı Laçına, oradan da Ermənistana getməsinə lüzum yoxdur. Xəstə ermənilər Xankəndidən cəmi 14 km aralıda yerləşən Şuşadakı tibb müəssisələrinin xidmətindən yararlana bilər. Çünki sərhəd keçid məntəqəsinin yaxın günlərdə açılması real görünmür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR