İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən kiçik 10 ölkəsi - SİYAHI

1736 23.06.2024 03:10 Dünya A A

Dünyada xəritədə tapmaq demək olar ki, mümkün olmayan mikro dövlətlər var.

Musavat.com lent.az-a istinadən kiçikdən böyüyə doğru həmin 10 ölkənin siyahısını sizə təqdim edir.

1. VATIKAN (0,44 km²) - həm ərazisi, həm də əhalisinin sayına görə, dünya dövlətlərinin ən kiçik, eyni zamanda müstəqil və suveren ölkəsidir.

2. MONAKO (2,02 km²) - dünyada ən kiçik fransızdilli ərazi sayılır.

3. NAURU (21 km²) - dünyada ən kiçik müstəqil respublika, ən kiçik ada-dövlət, Avropadan kənarda ən kiçik dövlət və rəsmi paytaxtı olmayan dövlətdir.

4. TUVALU (26 km²) - Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsi. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir.

5. SAN MARINO (61 km²) - Cənubi Avropada anklav mikrodövlət. San-Marino dörd tərəfdən İtaliya ilə əhatə olunmuşdur.

6. LİXTENSŞTEYN (160 km²) - və ya rəsmi adı ilə Lixtenşteyn Knyazlığı. Mərkəzi Avropanın cənub-qərbində mikrodövlət.

7. MARŞALL ADALARI (181 km²) - Marşall Adaları Respublikası - 1986-cı ilə qədər ABŞ-nin qəyyumluğu altında olmuşdur. Respublikanın ərazisində 34 mərcan adası, 1150 digər adalar daxildir.

8. SENT-KİTS VƏ NEVİS FEDERASİYASI (262 km²) - Karib dənizinin şərq hissəsində yerləşən dövlət, Sent-Kids və Nevis adalarından ibərətdir.

9. MALDIV ADALARI (298 km²) - Hindistanın cənubunda, Hind okeanındakı atollarda, Ərəbistan dənizində yerləşir.

10. MALTA (316 km²) - və ya rəsmi adı ilə Malta Respublikası Cənubi Avropada ada-dövlət

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR