İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən gülməli elmi kəşflərinin hər birinə 10 trilyon dollar verildi

3154 12.10.2022 16:30 Maraqlı A A

Nobel mükafatının laureatları bəlli olub.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki, "Nobel"ə alternativ olaraq yaradılmış Şnobel mükafatının da qalibləri açıqlanıb.

Qeyd edək ki, Şnobel Harvard Universitetinin 1991-ci ildə "Nobel"ə alternativ kimi yaratdığı mükafatdır. Harvard professorları hər il dünyanın ən gülməli kəşflərini mükafatlandırıb. Bu il də çox maraqlı laureatlar var.

Məsələn, tibb uzrə mükafatın birini bu il tətbiqi kardiologiya mütəxəssisləri alıb. Sən demə, ilk baxışdan bir-birinə vurulan aşiqlərin ürəyi həmahəng döyünməyə başlayırmış. Alimlər də neçə il gecəni gündüzə qatıb bunu tədqiq ediblər.

Tibb üzrə ikinci mükafatı Polşa alimləri qazanıblar. Onlar müəyyən ediblər ki, əgər kimyaterepiya zamanı komponentlərdən birini dondurma ilə əvəz etmək mümkün olsa, pasiyent üçün bu prosedur daha yüngül keçər. Üstəlik effekt də böyük olar.

Ədəbiyyat üzrə Şnobel mükafatı isə dünyanın müxtəlif ölkələrindən olan bir neçə alimə verilib. Onlar illərlə tədqiqat aparıblar, qanunvericilik sənədlərini araşdırıblar, nəhayət axırda tapıblar ki, qanunların dilini başa düşmək çətinmiş. Amma alimlərin bu suala cavabı nədir, deyəsən bunun bir açıqlaması hələ yoxdur.

Biologiya üzrə Şnobel laureatlarının kəşfi lap məzəlidir. Onlar qəbizliyin əqrəblərin cütləşmə qabiliyyətinə təsirini araşdırıb dünya elminə "zəngin töhfələrini" veriblər.

Mühəndislik sahəsinə gəlincə, burada mükafat Yaponiya alimlərinə çatıb.Onlar qapı dəstəyini barmaqla çevirməyin ən səmərəli üsulunu göstəriblər. Ancaq üsulu doğru-dürüst izah etməyiblər.

Qədim Mayya təsvirlərində imalə ritualını öyrənən tarixçilərin də əməyi boşuna getməyib. Onlar tədqiqat mövzusuna multidistiplinar yanaşmalarına görə mükafatlandırılıblar.

Fizika üzrə Şnobel mükafatı ördək balasının anası ilə sinxron istiqamətini ani dəyişərək onun ardınca üzmək qabiliyyətini araşdırmış alimlərə verilib.

Texniki təhlükəsizlik üzrə mükafat da maralın real ölçüdə rezin maketini hazırlayıb onu yol qəzalarında sınaqdan keçirmiş bir isveçliyə qismət olub.

Bir qrup tədqiqatçı isə sözgəzdirən adamlar üçün nə zaman "gopa basmağ"ın, nə zaman həqiqəti deməyin ən yaxşı vaxtını müəyyən etməyə kömək göstərən alqoritm hazırlayıblar.

Builki Şnobel mükafatçılarının hərəsinə 10 trilyon Zimbabve dolları verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR