İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən böyük kruiz gəmisi - "Titanik"dən iki dəfə böyükdür VİDEO

1943 28.01.2024 17:34 Dünya A A

Dünyanın ən böyük kruiz gəmisi "Icon of the Seas" (Dənizlərin İkonası) bu gün səhər Mayami limanından yola düşüb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, "Titanik"dən iki dəfə böyük, beş dəfə ağır olan gəmidə hər zövqə və büdcəyə uyğun əyləncələr var.

365 metr uzunluğundakı "Dənizlərin İkonası"nda biletlərin qiyməti 2 min dollardan başlayır. Nəhəng gəmi kruiz şirkətinə 2 milyard dollara başa gəlib. 20 mərtəbəli gəmidə yeddi hovuz, buz meydançası, karusel, 40 restoran və bar var. Sözügedən gəmi 7600 sərnişin tutumuna malikdir. 

Ancaq heç kim gəminin təhlükəsizliyinə zəmanət verə bilməz. Ekoloqlar yekdilliklə bildirirlər ki, axıdılan suların təmizlənməsi üçün heç bir qabaqcıl texnologiya dünya okeanlarını çirklənmədən qoruya bilməz.

Lakin eko-fəalların bütün etirazlarına baxmayaraq, hətta ən bahalı futbolçulardan biri olan Lionel Messi də gəminin reklam kampaniyasına cəlb olunub. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR