İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada taxıl istehsalı artacaq – BMT qurumundan müsbət xəbər

458 13.07.2022 19:56 İqtisadiyyat A A

BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı( FAO) dünyada gözlənilən taxıl istehsalı proqnozunu artırıb.

Musavat.com təşkilatın iyul hesabatına istinadən xəbər verir ki, 2022-2023-cü il mövsümündə dünyada iyunda proqnozlaşdırılandan 7 milyon ton artıq – 2 milyard 792 milyon ton taxıl istehsal olunacaq. Bu, 2021-2022-ci il mövsümündən cüzi – 0,6 faiz azdır.

FAO-nun proqnozuna əsasən yemlik taxıl istehsalı iyundakı göstəricidən 6,4 milyon ton daha çox olmaqla 1 milyard 501 milyon tona çatacaq. Lakin bu məhsulun istehsalı keçən ilkindən 0,5 faiz az olacaq.
2022-2023-cü il mövsümündə qlobal taxıl istehlakı 9,2 milyon ton artırılmaqla 2 milyard 797 milyon tona çatacaq. Bu isə ötən ilkindən 1,7 milyon və ya 0,1 faiz azdır.

2023-cü ildə mövsümün sonuna qalacaq taxıl ehtiyatlarına dair proqnozunu da FAO 7,6 milyon ton artırmaqla 854 milyon tona çatdırıb. Bu, indiki həcmdən 0,6 faiz aşağıdır.

FAO-nun proqnozuna əsasən bu mövsümdə taxıl ticarətinin həcmi əvvəlki aydakı proqnozdan 4,8 milyon ton çox olmaqla 468 milyon ton təşkil edəcək. Bu, son 3 ildə ən aşağı, əvvəlki mövsümdən 11,2 milyon ton az göstəricidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR