İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada qaza tələbat artacaq

309 16.07.2024 15:39 Dünya A A

Beynəlxalq Enerji Agentliyi (IEA) 2024-cü ildə qlobal qaz tələbatının artımı ilə bağlı proqnozunu 2,3 faizdən 2,5 faizə yüksəldib.

Musavat.com təşkilatın qaz bazarı ilə bağlı hesabatına əsasən xəbər verir ki, bu il maye qaz tədarükü proqnozu 3 faiz səviyyəsində qalır.

Hesabatda qeyd olunur ki, qlobal qaz tələbi 2024-cü ildə 100 milyard kubmetrdən bir qədər çox artacaq. Bu artımın əsasında sənaye və enerji müəssisələri tərəfindən istehlak dayanacaq. Nəticədə qlobal qaz tələbatı təxminən 4,2 trilyon kubmetr təşkil edəcək.

IEA-nın proqnozlarına görə, Asiya-Sakit Okean regionunda qaza tələbat 2023-cü ilə nisbətən demək olar ki, 5 faiz artacaq. Buna sənaye fəaliyyəti və enerji sektorunda daha çox qaz istehlakı səbəb olacaq. Şimali Amerikada qaz istehlakı 1 faiz, Mərkəzi və Cənubi Amerikada 2 faiz artacaq.

Avropada qaza tələbat ötənilki səviyyədə qalacaq və 2021-ci il səviyyəsindən demək olar ki, 20 faiz aşağı olacaq. Afrika və Yaxın Şərq bazarlarında qaza tələbat 3 faiz artacaq. Avrasiya ölkələrində qaz istehlakı 3 faiz arta bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR