İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada əhalinin sayı 8 milyarda çatıb, planeti nə gözləyir?

1433 16.11.2022 08:40 İqtisadiyyat A A

Yer kürəsində əhalinin sayı 8 milyard nəfərə çatıb. Bu barədə BMT-nin mətbuat xidməti dünya təşkilatının hesablamalarına istinadla məlumat yayıb. Bildirilir ki,  dünya əhalisinin 1 milyard nəfər artması üçün 12 il lazım olub, proqnozlara görə, 2037-ci ilə qədər əhalinin sayı 9 milyarda çatacaq.

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu hesab edir ki, əhali artımı ilə əlaqədar beynəlxalq ictimaiyyət dünyanın üzləşdiyi problemləri azaltmaq və davamlı inkişaf məqsədlərinə nail olmaq üçün effektiv həll yolları axtarmalıdır. Belə addımların reallaşdırılması üçün “dünyanı daha təhlükəsiz, dayanıqlı və inklüziv etmək” məqsədilə əhaliyə dəstək proqramlarına investisiyaların artırılması vacibdir.

Ekspert: “Bu, qaza tələbatın artmasına təkan verib” - 16.07.2021, Sputnik  Azərbaycan

Eldəniz Əmirov 

İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, tarix boyu əhalinin ən yüksək artım tempi son 10 ildə qeydə alınıb: “Əhali sayının 1 milyarda çatması üçün 1800 il lazım olub. Növbəti 123 ildə daha bir milyard nəfər artım olub. Əhali sayı 3 milyarda 33 ilə, 4 milyarda 14 ilə çatıb. 1987-ci ildə, yəni növbəti 13 ildə bu rəqəm 5 milyard olub.  Növbəti illərdə hər 12 ildən bir əhalinin sayı 1 milyard artıb. Artım bu templə davam edərsə, planeti ciddi fəlakət gözləyir.  Sivilizasiya hələ o qədər inkişaf etməyib ki, digər yaşayış məskənlərinə köç mümkün olsun. Digər tərəfdən, son bir neçə ildə əhalinin artım tempi aşağı düşüb. BMT-nin məlumatında qeyd olunduğu kimi, proqnozlara görə 9 milyardıncı insan 2037-ci ildə dünyaya gələcək. Artım tempinin aşağı düşməsinin əsas səbəbi insanların bu məsələyə münasibətinin dəyişməsidir. Daha dəqiq desək, ölkələrin iqtisadi cəhətdən inkişaf etməsi və insanların maddi təminatının yüksəlməsi həyata baxışın dəyişməsinə gətirib çıxarıb. Bu da doğum səviyyəsinə birbaşa təsir edir. Buna görə də Afrika ölkələrində əhalinin artım tempi daha yüksəkdir. Bəlli olduğu kimi, Afrika ölkələri iqtisadi cəhətdən geri qalırlar. Digər tərəfdən, doğum səviyyəsi aşağı düşsə də, planetin yararlı torpaq sahələri məhduddur, eyni zamanda ildən-ilə keyfiyyət itir. Ərzaq məhsullarının istehsalı sahəsində dünya üzrə orta məhsuldarlıq artmasa, dünya əhalisi gələcəkdə qida qıtlığı ilə üzləşə bilər”.

Azər Badamov: Qeyri-neft sənayesinin sürətli inkişafı ölkə iqtisadiyyatının  dünyadakı mənfi tendensiyalardan qorunmasına imkan verir - AZƏRTAC

Azər Badamov 

Millət vəkili Azər Badamov “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Yer kürəsindəki əhali sayının sürətlə artması özü ilə böyük problemlər də gətirir, çünki əhali artır, yer kürəsi isə böyümür. İnsanların artması yaşamaq üçün yerlərə, iş yerlərinə, qida istehsal edə bilən torpağa, suya, enerjiyə, ehtiyacı çoxaldacaq. Bu gün ümumi istifadədə olan yollar gələcəkdə günün tələbatına cavab verməyəcək. Əkin sahələri, istehsal sahələri, su mənbələri gələcəkdə çatışmayacaq. Beləliklə, əhalinin artması özü ilə qlobal problemlər də gətirir. İqlim dəyişiklikləri, müharibələr insanları miqrasiyaya məcbur edir. Ölkələrdə urbanizasiya prosesi sürətlənib və şəhərlər sürətlə böyüyür. Yer kürəsində istehsal olunan ərzaq malları iqlim dəyişiklikləri ilə əlaqədar azalmağa doğru gedir. Şirin su ehtiyatı da azalır. Təbii ki, bütün bu amillər gələcəkdə insanların yaşamasını çətinləşdirəcək. Yeni texnologiyalar icad olunsa da, istehsalın,  məhsuldarlığın artırılması istiqamətində yeni üsullar tətbiq olunsa da, Yer kürəsi əhalisinin dolana bilməsi üçün bəlli hədd var və əhalinin həmin həddi aşması yaxşı heç nə vəd etmir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR