İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Bankından Türkiyəyə DƏSTƏK

729 11.09.2023 18:11 İqtisadiyyat A A

Dünya Bankı (DB) ortamüddətli iqtisadi proqramını həyata keçirmək üçün Türkiyəyə 35 milyard dollarlıq yardım paketi ayırmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə NTV telekanalının efirində Türkiyənin maliyyə naziri Mehmet Şimşək bildirib:

“Mərkəzi Bankımızın rəhbəri ilə mənim Dünya Bankının prezidenti ilə uzun görüşümüz oldu. Proqramımız haqqında danışdıq. Dünya Bankında dedilər ki, proqramımızı dəstəkləmək üçün artıq planlaşdırılan 17 milyard dollardan əlavə, daha 18 milyard dollar ayıracaqlar. Ümumilikdə, Türkiyəyə Dünya Bankından 35 milyard ABŞ dolları məbləğində yardım paketi təqdim olunacaq”.

Qeyd edək ki, ötən həftə Türkiyə hakimiyyəti ölkə iqtidadiyyatındakı problemlərin aradan qaldırılmasını nəzərdə tutan 3 illik proqramını açıqlayıb. Şimşək qeyd edib ki, Ankaranın ortamüddətli proqramının əsas komponentlərindən biri inflyasiya ilə effektiv mübarizədir:

“Proqram inflyasiyanı ağlabatan səviyyəyə, birrəqəmli rəqəmə qaytaracaq. Bu, ən mühüm məqsəddir - 3 il ərzində inflyasiyanı birrəqəmli rəqəmlərə endirmək. Çətindir, amma mümkündür”.

2023-cü ilin sonunda Türkiyədə inflyasiyasının 65 faizi keçəcəyi gözlənilir. Hökumət proqramına əsasən, 2024-cü ildə bu göstərici 33 faiz olmalı və 2026-cı ilədək tədricən 8,6 faizə enməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR