İnsanlara hürriyət, millətlərə istiqlal!

DTX xaricdə fəaliyyətini gücləndirir - səbəblər

946 30.12.2022 11:22 Gündəm A A

Ekspert: “Ölkəmizə düşmən mövqeyində olan qüvvələrin, ermənilərin təxribatlarının artacağı gözlənilir”

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında fərman imzalayıb.

Fərmanla Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə  beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və kibercinayətkarlığa qarşı mübarizə sahəsində, DTX-nın fəaliyyət istiqamətlərinə aid digər sahələrdə əməkdaşlığın səmərəliliyinin artırılması üçün mühüm əhəmiyyət kəsb edən xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələr təyin etmək səlahiyyəti verilib.

Xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılmalıdır. DTX nümayəndələri beynəlxalq təşkilatlarda və diplomatik nümayəndəliklərin tərkibində fəaliyyətlərini həyata keçirəcəklər.

Amerika kəşfiyyatının “verbovka” etdiyi azərbaycanlı direktor necə ƏLƏ  KEÇDİ...

 İlham İsmayıl

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl fərmanın verilməsini zəruri edən səbəblər haqda “Yeni Müsavat”a açıqlama verib. Deyib ki, bir çox dövlətlərin, xüsusilə böyük dövlətlərin beynəlxalq təşkilatlarda, diplomatik nümayəndəliklərdə təmsilçiləri var: “Bu fərmanın verilməsini zəruri edən səbəblər xaricdə Azərbaycana qarşı artan təhlükələrlə əlaqəlidir. Azərbaycanın İngiltərədəki, Fransadakı səfirliklərinə qarşı ermənilərin düzənlədiyi basqın və təhdidlər buna misaldır. Azərbaycan Qarabağ məsələsinin həlli istiqamətində çox ciddi şəkildə səylər göstərir, addımlar atır. Bu proses bir neçə il davam edəcək. Bu isə ölkəmizə düşmən mövqeyində olan qüvvələrin, ermənilərin təxribatlarının da artacağını söyləməyə əsas verir. Mümkündür ki, belə basqın və təhdidlər terrorla da müşayiət oluna bilər”.

İlham İsmayıl deyir ki, erməni terrorizmi mütəşəkkil və təşkilatlanmış bir terrorizm olmaqla, beynəlxalq terrorizminin geniş qanadı və şəbəkəsidir: “Türkiyə diplomatlarına qarşı ermənilərin zaman-zaman terror aktları düzənləməsi faktları var. Bu cür halların qarşısının alınması üçün atılan addımdır. Ölkə dışında belə addımların qarşısını almaq mümkün olacaq. Xarici İşlər Nazirliyinin və digər beynəlxalq təşkilatların xətti ilə DTX əməkdaşları xarici ölkələrdə xidmət aparacaqlar”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR