İnsanlara hürriyət, millətlərə istiqlal!

DSMF daha iki beynəlxalq mükafata layiq görüldü

439 23.04.2024 14:47 Sosial A A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Communitas” beynəlxalq təşkilatının (ABŞ) təşkil etdiyi “Communitas Awards” beynəlxalq müsabiqəsində uğur qazanıb.

Musavat.com xəbər verir ki, DSMF müsabiqəyə təqdim etdiyi "Azərbaycanda sosial ödənişlərin təyinatında müasir humanist yanaşma: İnsan yönümlü proaktiv təyinat mexanizmi" layihəsinə görə “Excellence Winner”, "Ünvanlı sosial yardımın təyinatı üçün maddi-məişət şəraitinin yoxlanmasının süni zəkaya əsaslanan həlli" layihəsinə görə isə “Leadership Winner” mükafatlarına layiq görülüb.

“Communitas”ın rəsmi səhifəsində yerləşdirilmiş xəritəyə əsasən, Təşkilatın bu ilki qeyd olunan mükafatlarına Avropa qitəsindən yalnız 3 təşkilat – Böyük Britaniyanın “Venari Partners” şirkəti (1 mükafat), Türkiyənin “Trendyol” şirkəti (1 mükafat), Azərbaycandan isə DSMF (2 mükafat) layiq görülüb.

“Communitas” mükafatları cəmiyyətlərin maddi və sosial rifahı naminə səy və resurslarını səfərbər edərək, bu sahədə səmərəli təşəbbüslər həyata keçirən   təşkilatlardan ən uğurlu təcrübələri ilə seçilənlərə təqdim edilir.

Qeyd edək ki, 2024-cü ilin ilk dörd ayı ərzində Fond artıq 14 beynəlxalq mükafata layiq görülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR