İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət torpaqları onlara verilməyəcək – Türkiyə hökuməti təkzib etdi

632 13.02.2024 17:39 Region A A

Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi hökumətin ölkənin qərbində yerləşən Manisa vilayətində dövlətin nəzarətində olan torpaqları Suriyadan olan qaçqınların ixtiyarına verməyi planlaşdırmasıyla bağlı iddiaları təkzib edib.

Musavat.com xəbər verir ki, bir sıra müxalif yerli media və sosial şəbəkələrdə yayılan məlumatda bu proqramın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə həyata keçirilməsinin planlaşdırıldığı bildirilir.

Mərkəzin "X" hesabında yaydığı açıqlamada bildirilir:

"Bu cür bəyanatlar reallığa uyğun gəlmir. Belə bir layihə Türkiyənin heç bir qurum və təşkilatında olmayıb. FAO-dan alınan məlumata görə, onun Türkiyədə belə bir layihəsi yoxdur".

Qeyd olunur ki, 1927-ci ildə qəbul edilmiş qanuna (No1062) əsasən, Suriya vətəndaşlarının Türkiyədə daşınmaz əmlak, xüsusən də torpaq almaq hüququ yoxdur. Bu, sonradan hökumətin 1966-cı il tarixli fərmanında təsdiqlənib və bu qərarda deyilir ki, suriyalıların daşınmaz əmlak almasına məhdudiyyətlər Türkiyə vətəndaşlığını alsa belə, onlara şamil edilir.

Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, Türkiyə hakimiyyəti onun ərazisində yerləşən 1 milyona yaxın qaçqının Suriyaya qayıtmasını təmin etməyi planlaşdırır. Onlar üçün Qətərin maliyyə dəstəyi ilə Suriyanln şimalında 1 milyona yaxın ev tikilir.

Türkiyə hakimiyyət orqanlarının məlumatına görə, Türkiyədə 4,5 milyona yaxın qaçqın var, onlardan 3 milyona yaxını Suriya vətəndaşıdır, onlar 2011-ci ildən sonra oradan qaçıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR