İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Sosial Müdafiə Fondu beynəlxalq mükafata layiq görülüb

382 14.03.2022 16:10 Sosial A A

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Böyük Britaniyada keçirilən “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsinin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına layiq görülüb.

Mükafat Fondun İdarə Heyətinin sədri Himalay Məmişova təqdim edilib.

“2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” mükafatını qazanmaq məqsədilə müsabiqədə Azərbaycanla yanaşı, İtaliya, Almaniya, İsrail, BƏƏ, Yunanıstan və digər ölkələrin dövlət qurumları da iştirak edib.

DSMF tərəfindən müsabiqəyə təqdim edilən iş Azərbaycanda sosial təminat idarəçilyinin mərkəzləşdirilməsi sahəsində son illər aparılan islahatlarla bağlı olub.

Münsiflər heyəti tərəfindən ölkəmizin bu sahədə islahat təcrübəsi yüksək dəyərləndirilib və DSMF müsabiqənin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” mükafatına layiq görülüb.

Müsabiqənin yekunlarına əsasən bir neçə kateqoriya üzrə mükafatlandırma da həyata keçirilib. Həmçinin “İlin xidmətləri” nominasiyası üzrə “2022-ci ilin Yanğınsöndürmə və Xilasetmə Xidməti”, “2022-ci ilin Polis Xidməti”, “2022-ci ilin Bələdiyyəsi” və “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatları təqdim edilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR