İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Neft Fondunun mətbuat katibi işdən ayrıldı

938 17.05.2023 14:11 Son xəbər A A

Azərbaycan Respublikası Dövlət Neft Fondunda kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, qurumun İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru və mətbuat katibi Ayan Ağalar vəzifəsindən azad olunub.

A.Ağalar bu vəzifəyə ötən il təyinat almışdı.

O, saytımıza məlumatı təsdiqləyib və artıq Azərbaycan Cüdo Federasiyasının Marketinq və Kommersiya məsələləri üzrə müşaviri vəzifəsində çalışdığını qeyd edib.

Qeyd edək ki, onun yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, Ayan Ağalar daha əvvəl AFFA və Bakı Şəhər Halqası Əməliyyat Şirkətində də çalışıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR