İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Komitəsinin sədri məktəblinin təhqir edilməsinə münasibət bildirib

677 26.02.2024 12:44 Gündəm A A

Bu cür hadisələrdən heç kəs sığortalanmayıb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 156 saylı orta məktəbin şagirdinin təhqiramiz hərəkətlərə məruz qalmasına münasibət bildirərkən deyib.

O, bu sahədə maarifləndirmə işlərinin davamlı aparıldığını söyləyib: “Təkcə Dövlət Komitəsi yox, digər aidiyyəti orqanlarla da əlaqələndirilmiş fəaliyyət var. Lakin bu hallardan heç kəs sığortalanmayıb. Nə qədər iş görülsə də, bu cür hallar baş verir. Hansısa mənfi hadisənin olması o demək deyil ki, iş görülməyib".

"Nə qədər insanlıq, cəmiyyət var, cinayət də törədilir. Əslində, insanlıq əleyhinə cinayətin ən böyüyü onun qətlə yetirilməsi, yaşamaqdan məhrum edilməsi, daha geniş mənada soyqırımı cinayətləridir. Amma yenə də bu baş verir. Görülən işlərlə belə hadisələrin sayını azaltmaq, müəyyən qədər qarşısını almaq, insanları daha çox maarifləndirmək, məsuliyyətə çağırmaq mümkündür. İnsanların məsuliyyətini necə dərk etməsi də bir başqa məsələdir”, - B.Muradova vurğulayıb.**“Report”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR