İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Duması deputatından Ermənistana təhdid: “Zərərli çıxarsınız” 

689 15.12.2023 16:23 Dünya A A

 

Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Ermənistanın Rusiyadan uzaqlaşdırılmasının zərərli olacağı barədə xəbərdarlıq edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, “Rusiya-Ermənistan” ilk ictimai forumunun açılışında danışıb.

“Keçmiş SSRİ ərazisində ABŞ-ın ən böyük səfirliyində 2500 qeyri-hökumət təşkilatı qrantlar, pullar verir və erməni gənclərinə, erməni cəmiyyətinə Ermənistanın Rusiyasız yaşaya biləcəyini aşılayır”, - deyə Tolstoy bildirib.

Rusiya deputatı Ermənistanı digər postsovet ölkələrinin səhvlərini təkrarlamamağa çağırıb.

“Qarabağda sonuncu müharibə gedəndə, Ermənistan parlamentinin deputatları sözün əsl mənasında, hər həftə mənim kabinetimdə yalvarırdılar: “Zəhmət olmasa zəng edin, deyin, bir şey edin, Rusiya prezidentinə müraciət edin, müharibəni dayandırın! Oğlanlarımız ölür, (onları - red.) cəbhədən tabutlarla gətirirlər". İndi bu gün həmin deputatlar artıq yoxa çıxıb. Xatırladım ki, məhz Rusiya prezidenti Vladimir Putin qanlı müharibəni dayandırdı”, - deyə o, söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR