İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Departamenti: “İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”

308 27.06.2023 13:04 Siyasət A A

“İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”.

Musavat.com “report”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O, ABŞ-ın birbaşa dialoqu dəstəklədiyini bildirib:

“Bu, sülhü və problemləri həll etməyin ən yaxşı yoludur”.

Qeyd edək ki, bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə erməni həmkarı Ararat Mirzoyan arasında görüş keçiriləcək. Müzakirələrin 3 gün davam edəcəyi gözlənilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR