İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Departamenti Brüsseldəki görüşə münasibət bildirib: “Bu, irəliyə doğru mühüm addımdır”

506 16.05.2023 04:02 Son xəbər A A

ABŞ Dövlət Departamenti Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşə münasibət bildirib.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə görüşün nəticələrinə dair sualı cavblandırıb.

“Mənim bununla bağlı heç bir əlavə qiymətləndirməm yoxdur. Mən iki tərəfin də yeniliklər barədə danışdığına ümid edirəm. Aydındır ki, ABŞ bu danışıqlarda tərəf deyil. Lakin Arlinqtonda ev sahibliyi etdiyimiz danışıqların davamı olaraq, sülhün tərəfdarı kimi bu görüşün də mühüm addım olduğuna inanırıq”, - deyə Patel vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR