İnsanlara hürriyət, millətlərə istiqlal!

Donbasda azərbaycanlı ailə faciəli şəkildə həlak oldu - VİDEO

1043 13.02.2023 14:40 Hadisə A A

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, Kiyev və Çerniqov Belarus istiqamətindən raket hücumlarına məruz qalıb.

Məlumata görə, Xarkov, Xerson, Dnepropetrovsk, Zaporojye, Donetsk, Odessada da vəziyyət gərgindir.

“Odessa vilayətinə son vaxtlar Qara dənizdən hücumlar daha da artıb. Rusiya Ordusunun donanmasının Odessa şəhərinə istiqamətlənən raket hücumlarının demək olar ki, hamısının qarşısı Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən alınıb”, - deyə jurnalist əlavə edib.

O da bildirilib ki, Donetskdəki qəsəbələrdən birində azərbaycanlı Hacı Hacıyev, onun həyat yoldaşı Ruslana Hacıyeva və 16 yaşlı oğlu Ruslan Hacıyevin meyitləri tapılıb.

“Faciəli şəkildə həlak olan həmyerlilərimizin meyitləri uzun müddət əvvəl məhv edilmiş Rusiya ağır texnikasının içində aşkarlanıb”, - deyə Mübariz Aslanov qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR