İnsanlara hürriyət, millətlərə istiqlal!

Dizel və benzin qiymətləri sıçradı

5987 22.04.2026 23:44 İqtisadiyyat A A

Avropa İttifaqında avtomobil yanacağının qiyməti kəskin artıb.

Musavat.com xəbər verir ki, Eurostat məlumatına görə, mart ayında dizelin orta qiyməti 19,8%, benzinin qiyməti isə 9,4% yüksəlib.

Artım tempinə görə Baltik ölkələri ön sıralardadır. Estoniya, Latviya və Litva, həmçinin Çexiya və İsveç dizel qiymətlərində ən yüksək sıçrayışı qeydə alıblar — bəzi hallarda artım 27,6 faizə çatıb.

Ekspertlər qiymət artımını Avropanın Rusiya enerji resurslarından imtinası və İran ətrafında davam edən gərginlik fonunda təchizatda yaranan problemlərlə izah edirlər.

Buna qarşılıq olaraq, Macarıstan, Slovakiya və Sloveniya kimi ölkələrdə qiymət artımı daha aşağı səviyyədə saxlanılıb. Bu ölkələrdə benzinin bahalaşması 2–7 faiz aralığında olub və enerji sahəsində daha praqmatik siyasətin qorunduğu bildirilir.

 

Musavat.com

58b700bf-1b92-428d-80cd-1fe46aca36d8.jpg (166 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR