İnsanlara hürriyət, millətlərə istiqlal!

Diqqət: yeni erməni tülkülüyü – qoymayın, üstümüzə Babayan gəlir!

4184 15.10.2022 16:00 Yazarlar A A

Ermənilər mifik “artsax”ın xilası üçün, Azərbaycana qarşı ərazi iddiasına haqq qazandırmaqdan ötrü son silaha əl atıblar. İndi də hər addımda bəyan edirlər ki, “demokratik artsax” “diktatura Azərbaycanı”nın tərkib hissəsi ola bilməz. Ermənistan və “artsax” sən demə, Güney Qafqazda “demokratiya adacıqları” imiş, o səbəbə demokratik-xristian Qərbin borcu imiş ki, onlara arxa-dayaq dursun, “artsax”ı “vəhşi” Azərbaycanın “ayağına” verməsin.

Yəni yeni erməni tülkülüyü, növbəti erməni hiyləsi. Bütün hoqqalardan çıxmışdılar, qalmışdı bircə bu...

“Biz əsla Ermənistanla Azərbaycanın münasibətlərinin yaxşılaşdırılmasının əleyhinə deyilik. Lakin başa düşməliyik ki, “artsax”ın Azərbaycanın bir hissəsi kimi tanınması Qarabağ üçün, bütün ermənilər üçün qəbuledilməzdir. “Artsax”ı Azərbaycana bitişdirmək cəhdi iki varianta gətirib çıxaracaq: ya müharibə, soyqırımı, ya da ermənilərsiz “artsax”. Bu, bütün dünyaya bir mesajdır. Biz demokratik dövlətlərə müraciət edirik. Praqada demokratiya qalaları deyilən qurumlar var və biz onlara da səslənirik. Əgər Qarabağ-Azərbaycan münaqişəsinin həlli prosesində demokratik birlik iştirak edirsə, mövqeyimiz çox aydındır: demokratik dünya bizi Azərbaycanın bir parçası hesab eləsə, bu, onun üzərində rüsvayçı damğa kimi əbədi qalacaq”.

Belə bir sərsəm və başından yekə sitatı dünən separatçı-quldurların üzdəniraq “xin” rəhbəri, hərbi cinayətlərə görə Azərbaycanın axtarışa verdiyi, həbsxanamızın darıxdığı David Babayan ifraz edib.

“Demokratiya” və “erməni...” Yəqin ki, dodaqlarınız qaçdı.

Əvvəla, harada, hansı dəftər-kitabda yazılıb ki, daxilində demokratiya, insan haqları problemi yaşanan dövlətlərin ərazi bütövlüyü və suverenliyi şübhə altına alınmalıdır? BMT-yə üzv olanda hansısa ölkə belə öhdəlik götürübmü? BMT Nizamnaməsində belə bir şey varmı? Xeyr. Ölkədəki idarəçiliyin xarakterinin onun ərazi bütövlüyünə dəxli ola bilməz. İqtidarlar gəldi-gedərdi...

İkincisi, 30 il ərzində azərbaycanlılara qarşı etnik təmizləmə aparıb soyqırımlar törətdikdən sonra mono-etnik Ermənistanda və separatçı bölgədə azad seçkidən, “demokratik Ermənistan”dan və “demokratik artsax”dan danışmaq üçün doğrudan da gərək erməni olasan!

Üçüncü yandan, Rusiyanın vassalı və forpostu olan Ermənistan, faktiki öz kölə taleyi ilə çoxdan barışmış, oturmağa həmişə isti qucaq axtaran bir millət nə dərəcədə azad xalq, demokratik məmləkət hesab edilə bilər?..

Belə bir demokratiya testi var: o ölkə demokratik sayılır ki, orada heç olmasa, bir dəfə hakimiyyət seçki yolu ilə dəyişib. Oyuncaq “dqr” qırağa dursun, SSRİ-nin süqutundan sonra Ermənistanda belə hadisə olubmu? Qərbin sevimlisi, “sorosçu-demokrat” Nikol Paşinyan seçki yolu iləmi hakimiyyətə gəlib? Cavab məlum. Paşinyan heç seçki yolu ilə də hakimiyyətdən gedəsi deyil. Əmin ola bilərsiniz.

Bəs Paşinyanın inqilab yolu ilə devirdiyi sələfləri - cinayətkar Köçəryan-Sərkisyan tandemi? Levon Ter-Petrosyanı taxtdan salıb ölkədə 20 illiyə xunta rejimi quran onlar deyildi? Gəldikləri üsulla da yola salındılar!

Sözü buna gətiririk ki, “erməni” və “demokratiya” anlayışları çoxdan sinonim yox, antonim sözlərdir. Qonşu xalqlara qarşı terrorçuluq mərəzi az qala ana südü ilə keçən, əsrlərdir bütün qonşularına qarşı əsassız torpaq iddiası ilə yaşayan, öz soyadlarından tutmuş, “milli” yeməklərinə və musiqisinə, əlifbasına qədər, hər şeyi digər millətlərdən çırpışdırmış oğru və mənfur bir tayfa, onun babayanları demokratiyadan necə dəm vururlar?

İndi də Qarabağdakı bir ovuc kriminal-separatçının ikinci “erməni dövləti” qurmaq xülyasını (birini qurub qurtardılar, qaldı ikincisi) heyrətamiz həyasızlıqla qlobal problem, bəşəriyyətin və demokratik dövlətlərin əsas məsələsi kimi dünyaya sırımağa cəhd edirlər. Guya “artsax” Azərbaycanın tərkibində olsa, erməni xalqının soyqırımı davam edəcək. Tarixdə soyqırımlara, hər cür bəşəri cinayətlərə və şərəfsizliklərə, satqınlıqlara və nankorluqlara imza atan bunlar, amma adlarını bizə qoyurlar.

Ancaq nə yazıq ki, “ikinci erməni dövləti” haqda nağıllara xristian Qərbində vicdansızcasına reallıq donu biçənlər, “ikili standartları” öz həyat tərzinə çevirən, bununla belə, özünü utanmazcasına demokrat adlandıran riyakar və əxlaqsız çevrələr, namərdlər sürüsü var. Erməni separatizminə qahmar çıxan həmin dairələri sözsüz ki, hər şeydən öncə xristian təəssübkeşliyi instinkti idarə edir – orta əsrlərdən qalma dini atavizmin qalığı!

Zira, özlərini insan haqları müdafiəçiləri sayan bu avropalı, qərbli yaramazlar Ukraynaya gələndə ərazi bütövlüyünün onlardan ötrü “qırmızı xətt” olmasından danışırlarsa, Donbas, Krım, Xerson ruslarını separatçı adlandırırlarsa, Azərbaycana münasibətdə erməni separatçılarına öz müqəddəratı təyinetmə haqqı tələb edirlər!

Qulaqlarının dibini görərlər. Tələb edə-edə də qalacaqlar! Necə ki, əsrlərdir qalıblar...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR