İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT! Paşinyan Əliyevlə nələr danışdıqlarını AÇIQLADI – Zəngəzur və Göyçə gölünün yarısı...– CANLIda

1027 27.02.2024 11:30 Siyasət A A

Ermənistanın baş naziri Nikol Paşinyan hakim partiyanın deputatları ilə qapalı görüş keçirib. 3 saat davam edən görüşdə Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Münxendə aparılan danışıqların detallarından bəhs edib. “Joxovurd” qəzeti yazır ki, Paşinyan komanda yoldaşlarına danışıqlar prosesində irəliləyiş olmadığını deyib.

“Baş nazir eyham vurub ki, Münxendə sıradan görüş keçirildi və heç bir mühüm razılaşma əldə olunmadı”, - nəşr yazır.

Nikol Paşinyan Münxen görüşünü konstruktiv adlandırmışdı. Görüşdə tərəflər XİN rəhbərlərinə sülh sazişi üzrə danışıqların davam etdirilməsi tapşırığının verilməsinə razılaşıb. Bu razılaşmaya uyğun olaraq, nazirlər 28-29 fevral tarixində Berlində görüşəcək. Lakin Nikol Paşinyanın Münxen görüşündən sonra sülh sazişində maraqlı olmadığını, prosesi dalana dirəməyə çalışdığı müşahidə edilir.
Xüsusilə onun Münxendən sonra səfər etdiyi Parisdə səsləndirdiyi fikirlər bunu təsdiq edir. “Frans24” kanalına müsahibə verən erməni baş nazirin “Azərbaycan Ermənistana yeni hücuma hazırlaşır” iddiası isə İrəvanın bölgədə yeni təxribatlara hazırlaşmasından xəbər verir. Göründüyü kimi, rəsmi İrəvan üçün Münxen razılaşması əhəmiyyətli deyil. Bu kontekstdə Paşinyanın komanda yoldaşlarına Münxendə heç bir razılaşmanın əldə edilmədiyini bildirməsi təsadüfi deyil.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ağ Partiyanın sədri Tural Abbaslı ilə gündəmi müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR