İnsanlara hürriyət, millətlərə istiqlal!

Diqqət Edilliyə! - Əkbər Qoşalının yazısı

1913 05.10.2022 20:32 Yazarlar A A

Bəlli olduğu kimi, Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxarılıb.

Skeletlərin geyimlərindən hərbçi olduqları, habelə skeletlərin əllərinin, ayaqlarının məftil və kəndirlə bağlandığı (!) bəlli olur. Bizi yeri gəldi-gəlmədi qınayan xarici dövlətlər, bəzi beynəlxalq qurumlar, hətta öz içimizdəki (ermənidən ziyadə) gədələr, gədayələr bunları görürmü, görəcəkmi? Görməzlər. Çün, Tanrıtanımaz, haqbilməz, ədalətsaymazdılar, o üzdən erməni vandallıqlarına kor, kar və laldılar...

İllər boyu ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi terror, soyqırım, vandallıq aktları yalnız Azərbaycana, azərbaycanlılara qarşı törədilmiş sayılmamalıdır, əslində; əslində, bu amansız aktlar bütün insanlığa qarşı törədilmiş kimi səciyyələndirilməlidir.

I və II Qarabağ müharibəsi vaxtı Ermənistan silahlı qüvvələri mənsublarnın, separatçıların hərbi birləşmələrinin Azərbaycanın mülki əhalisinə, o cümlədən yaşlılara, qadın və uşaqlara, habelə öz torpağını qoruyan hərbiçilərə qarşı törətdiyi müharibə cinayətləri beynəlxalq konvensiyalara daban-dabana ziddir. - Kinvensiya bir yana qalsın, ən adi insani dəyərə ziddir, mədəniyyətə, sivilizasiyaya, bəşəriyyətin inkisaf səviyyəsinə ziddir.

Ermənistanla qonşuluqda, hələ-hələ ermənilərlə bir yerdə yaşayanlara əlavə hüquqlar tanınsa yeri vardır. Necə ki, yer altında, şaxtada, zəhərli maddələr zavodunda, təhlukəli və s. sahələrdə çalışanlara əlavə ödənişlər verilir, onlar təqaüdə tez çıxarılır, xüsusi qidalarla təmin edilir, bax, Ermənistanın, ermənilərin qonşularına da buna bənzər haq və hüquqlar tanınmalıdır. Məsələn, Ermənistanla qonşusansa, BMT-də, AŞ-da bir səsin iki sayılmalıdır, beynəlxalq kredit indeksin bir qədər yuxarı qiymətləndirilməlidir, uyğun platformalar üzrə yatırımlar, güzəştlər daha çox olmalıdır və s.

Yalnız işğaldan azad olunmuş ərazilərimizdə ermənilərin yerləşdirdiyi minalar, o minaların çoxsaylı qurbanlarının olması faktı yetərlidir ki, Ermənistanın beynəlxalq qurumlarda səs hüququ alnsın, ona yaptırımlar uyqulansın.

Bəs, Edilli başda olmaqla, müxtəlif yerlərdə kütləvi məzarlıqların aşkarlanmasını, 4000 (!) nəfərədək həmvətənimizin taleyindən hələ də xəbər verilməməsi Ermənistan Respublikasının adının önünə Qatil yazmağı zəruru qılmırmı? - "Ermənistan Respublikası" məhəlli tarix səhnəsinə çıxdığı 100-104 il içində Qafqazlara intiriqadan, qan-qadadan başqa nə gətirdi?

Bu cümlələr nifrətdən doğmur, faktın özündən gəlir, acı gercəklikləri ifadə edir. Yazdıqlarımızla bağlı çoxsaylı təkzibedilməz sübutlar mövcuddur.

Bəs, əsirlikdə, girovluqda, "qonşuluq"da, "iş"də... eməni zülmünü, hiyləsini görmüş insanların öz başına gələnləri danışması, şahid ifadələri, foto, audio, video materiallar... niyə beynəlxalq səviyyədə hüquqi, siyasi qiymətini almır? Nədən Ermənistana müvafiq sanksiyalar tətbiq olunmur? Ermənistan beynəlxalq qurum və quruluşların sərt qərarları ilə hansı səbəbdən üzləşmir? BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi nə üçün icrasız qaldı və işğal 30 ilə yaxın davam etdi? Bəs nəhayət indi Ermənistanın təzminat ödəməsi mexanizmi işləyəcəkmi? Bu işidəmi Dəmir Yumruqla həll etməyə vadar olunuruq? Suallar çoxdur...

Əgər 44 günlük müharibə olmasaydı və Azərbaycan zəruri, haqlı Zəfər qazanaraq, öz torpaqlarını azad etməsəydi necə olacaqdı? Bu da ritorik sualdır, əlbəttə. Əlbəttə, müharibə Ermənistanın sülhtanımazlığından, hüquqqanmazlığından, üsulbilməzliyindən irəli gəldi.

Ermənistan, dünya erməniliyi, erməni havadarları birmənalı şəkildə qəbullanmalıdır ki, həqiqətə kor olmaq, Günəşə çamur atmaq, altunu paslandırmaq onlara müyəssər olmayacaqdır.

30 ilin müharibə cinayətlərinin cavabını vermək yerinə, sülhpərvər Azərbaycanı suçlamaq üçün bəhanələr aramaq, qondarma videolardan mədəd ummaq əbəsdir. Bu hansısa prosesi ləngidər bəlkə, ancaq qarşısını ala bilməz. 30 il sonra öz torpağını azad edən siyasi iradə, hərbi qüdrət, dövlət-xalq birliyi sözünü bundan sonra da deyəcək.

ZƏNGƏZUR YOLU HAQQI!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR