İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN Rafael Bayramovun polis orqanına dəvət edilməsi ilə bağlı iddialara cavab verib

1354 30.04.2023 00:00 Son xəbər A A

Bəzi sosial şəbəkə səhifələrində vətəndaş Rafael Bayramovun polis orqanına dəvət edilməsi ilə bağlı iddialara rəsmi cavab verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, R.Bayramov narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğu üçün aprelin 28-də polis orqanına dəvət olunub, onunla profilaktiki söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.

O, məlum paylaşımla bağlı bu gün yenidən polis orqanına dəvət edilib, həmin paylaşımı əsəbiləşib qərəzli yazdığını, hazırda şikayətinin olmadığını bildirib.

Qeyd edək ki, R. Bayramov sosial şəbəkədə narkotik istifadəsi şübhəsi ilə qanunsuz şəkildə ittiham olunduğunu, hətta hüquq-mühafizə orqanlarının ondan pul tələb etdiyini vurğulamışdı. O daha sonra sözügedən paylaşımını silib və həmin fikirlərinin həqiqəti əks etdirmədiyini bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR