İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilarə: "Bilirəm ki, atam mənimlə fəxr edir" - FOTO

2365 22.08.2022 09:50 Maraqlı A A

"Ailədə iki uşaq olmuşuq - mən və bacım. Atam 12 yaşım olanda vəfat edib. O zamanlar mən məhv olmuşdum. Sonra anladım ki, həyat davam edir, hər şeyə rəğmən yaşamaq lazımdır".

Musavat.com bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova qonaq olduğu "Özəl" verilişində deyib.

Ailəsindən söz açan sənətçi atasının vəsiyyətini açıqlayıb.

"Atam rəhmətə getmədən öncə mənə tapşırmışdı ki, fortepianoda ifa etməyi öyrənim. Və mən onun istədiyini etdim, bilirəm ki, mənimlə fəxr edir", - deyə D.Kazımova bildirib.

Qeyd edək ki, D.Kazımova 2014-cü ildə Azərbaycanı "Avroviziya" beynəlxalq mahnı yarışmasında "Start a Fire" mahnısı ilə təmsil edib.

Məqaləyə dair fotomateriallar:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR