İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilan Polatın fenomen rəfiqəsinə qarşı fırıldaqçılıq ittihamı, çox sayda adam şikayətçi oldu - FOTO

882 11.11.2023 17:14 Gündəm A A

Dilan Polata yaxınlığı və qızıla düşkünlüyü ilə tanınan türkiyəli fenomen Nevra Biləm tərəfindən aldadıldıqlarını iddia edən bir çox vətəndaş cinayət işi qaldırıb.

“Gəlin Evi” yarışması ilə tanınan fenomen Nevra Biləmin 1,5 milyon izləyicisi olan İnstaqram hesabından bir çox insanı aldatdığı iddia edilib.

Biləm tərəfindən aldadıldığını deyən zərərçəkmiş qadın, "Bir gün onun instaqram hekayəsini gördüm. "Düyməni basıb nömrəni yazıb pulsuz istirahət əldə edə bilərsən" yazılmışdı. Bəxtimi sınamaq istədim. Düyməni basdıq. 15 gündən sonra zəng etdikdə gördük ki, linkdə pulsuz tətil olmayıb və mülk satmaq istəyirlər. Bu adam ancaq pulunu düşünür”.

Daha sonra Nevra Biləmin mebel reklamını görən və şirkətdən sifariş verən qadın, ödənilən pulun “influencer”in qohumunun hesabına göndərildiyini anlayıb. Şikayətini izah edən qadın, "Bir şirkət sizinlə sövdələşibsə, şirkətin hesabına keçməlidir. Bu pulu niyə qayınananızın hesabına keçirdirsiniz?" deyə irad tutub.

Onun kimi Nevra Biləm tərəfindən aldadılanların çox olduğunu deyən zərərçəkən qadın, baş verənlərə etiraz etdikdə fenomenin onlara mane olduğunu bildirib. Biləm tərəfindən aldadıldıqlarını iddia edən şəxslər polis bölməsinə gedərək şikayət ərizəsi yazıblar.

Baku.ws

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR