İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərhal tərk edin, dəli olarsınız - İlbər Ortaylı

5332 18.09.2023 18:50 Gündəm A A

Türk tarix professoru, akademik və yazıçı İlbər Ortaylı iş, dostluq, eşq, evlilik, uşaq və investisiya barədə insanlara bir sıra tövsiyələr verib.

Ölkə.Az xəbər verir ki, o, sözügedən tövsiyələri 4.2 milyon izləyicisi olan instaqram səhifəsində paylaşıb.

Həmin məsləhətlər aşağıdakı kimidir:

İş: İşinizi sevmirsinizsə, dərhal çıxın. Bir müddət sonra dəli ola bilərsiniz.

Dostluq: Birgə güldüyünüz və üzüldüyünüz şəxsləri dost seçin. Çünki insan ancaq dostları sayəsində ayaqda qala bilər. Dostunuz yoxdursa, demək bədbəxt insansınız, keçmiş olsun. İnsan necə qardaş-bacısına qarşı məsuliyyət hiss edirsə, dostuna qarşı da elədir. İnsanın insana sahib çıxmasından daha qiymətli şey az hallarda tapılır.

Eşq: Bizə bir ideal öyrədilib, amma hər kəs eşqi ən kəskin formada yaşamır, çünki davam edən eşq cekpot kimidir. Zamanla silinəni çoxdur, amma onu tapa bilməyənlər də hər halda həyatlarına davam edir.

Evlilik: Şərt deyil. İnanlar evliliyə sürüklənir. Amma vaxt gəlir, adam özü də bezir. Bunu insanlar çöx böyüdürlər. Düşünürəm ki, evliliyin yaxşı və ya pis getməsi sizin qavrayışınızdan asılıdır. Qavrayışınıza uyğun gəlməyən evlilik sonlandırılmalıdır.

Uşaq: Türklər təəssüf ki, uşaqları ilə məşğul olmağı bacarmır. "Yeni nəsil daha yaxşıdır” deyirdim, amma o belə məhduddur. Övladına zaman ayırmalısan. “Həyat budurmu?” deyəcəksənsə, dünyaya gətirmə. Madam ki, belə bir kütləyə qoşulub çoxalırsan, düşünməlisən. Axı sən meşə heyvanı deyilsən.

İnvestisiya: Necə investisiya edəcəyimi bilmirəm, amma pulu olan insanlara bunu tövsiyə edirəm: Türkiyədə kənd təsərrüfatına dəstək vermək bir vəzifədir. Təbiətlə məşğul olmaq yaxşıdır; Şəhərdə beton almaq əvəzinə, bağ evi və ya zeytun bağı alırsınız. Orada yetişdirdiyiniz zeytun yağı həm sizi, həm də kasıbları sevindirəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR