İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan səfirliklərimizlə bağlı TƏKLİF: "Silahla təmin olunsunlar"

375 01.02.2023 15:47 Gündəm A A

Qüdrət Həsənquliyevdən səfirliklərimizlə bağlı təklif: “Bizim təhlükəsizlik xidmətinin əməkdaşları əgər silahla təmin olunmayıblarsa, onların silahla təmin olunması məsələsi də mütləq öz əksini tapmalıdır”

Deputat Qüdrət Həsənquliyev yaz sessiyasının ilk iclasındakı çıxışın spkeri və həmkarlarını yanvar ayında reallaşdırılan uğurlu səfərlər münasibətilə təbriklə başladı. Qeyd etdi ki, Azərbaycan dövlətinin siyasətinin həyata keçirilməsində parlament diplomatiyasının genişlənməsi və güclənməsi qürurvericidir. Deputat qeyd etdi ki, parlamentin yaz sessiyasının qanunvericilik işləri planında çox ciddi qanun layihələrinin müzakirə olunması nəzərdə tutulub: “Amma bir vacib məsələ də parlamentin müzakirəsinə çıxarılmalıdır. Bu da baş vermiş son hadisələrlə, xüsusilə Tehranda səfirliyimizə qarşı qorxaqca və xaincə edilmiş basqınla əlaqədardır”. Q.Həsənquliyev bildirdi ki, Milli Məclisin bir iclası səfirliklərimizin təhlükəsizlik məsələlərinə həsr olunmalıdır: “Son günlər bizə yaxınlaşan şəxslərin hamısı “axı biz bilirik ki, həm Ermənistan, həm İran terroru dəstəkləyən dövlətlərdir”,- deyə bildirirlər. Bəlli olur ki, bizim Tehrandakı səfirliyimizdə terror aktı törətmiş şəxs həm Sepahla həm Bəsiclə ciddi işbirliyində olan, onlarla əməkdaşlıq etmiş, Bəsicdə komandir olmuş bir şəxsdir. Onun isitifadə etdiyi kalaşnikov markalı avtomat silahı da İran polisində qeydiyyatda olmuş silahdır”.

Deputat xatırlatdı ki, son vaxtlar xaricdə 5 səfirliymizə basqın olub: “Livanda, Fransada, Londonda, indi də Tehranda. Biz bilirik ki, Ermənistan və İran bizə qarşə düşmənçilik fəaliyyəti aparır. Ona görə də, səfirliklərimizin təhlükəsizlik sistemi yenidən qurulmalıdır. Adi vətəndaşlar da söyləyirlər ki, məsələn olmazdımı bir nəfər səfirlikdə içəridə monitorun qarşısında oturub, səfirliyin ətrafında baş verən prosesləri müşahidə eləsin? Onda görərdi ki, kimsə əlində avtomat səfirliyə yaxınlaşır, kimsə ağır çəkiclə qapını sındırır və.s. Heç olmasa qapını açmazdılar, yaxud özləri silahlanardılar, qoruyucu gödəkcə geyinərdilər. Səfirliyin binasının işərisində ikiqat mühafizə sistemi qurulmalı idi. Bütün bunlar onu göstərir ki, bu sahədə ciddi nöqsanlar var. Biz müvafiq dövlət orqanlarının rəhbərlərini parlamentə dəvət etməliyik və parlamentdə bu məsələlər ciddi şəkildə müzakirə olunmalıdıır”. Q.Həsənquliyev qeyd etdi ki, bizim təhlükəsizlik xidmətinin əməkdaşları əgər silahla təmin olunmayıblarsa, onların silahla təmin olunması məsələsi də mütləq öz əksini tapmalıdır: “Biz Bakıda bir çox səfirliklərdə oluruq, görürük ki, təhlükəsizlik xidmətinin əməkdaşları qoruyucu gödəkcə geyinirlər və hamısının üzərində də silahlar var. Tehrandakı səfirlikdə uşaqlar, qadınlar və səfirliyin əməkdaşları var idi. Bizim Tehrandakı səfirliyin Vasif Tağıyev adlı əməkdaşının şəxsi cəsarəti və qəhrəmanlığı olmasaydı necə böyük bir qətliam baş verəcəkdi. Görünür, səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşları ilə də iş aparılmalıdır. O da araşdırılmalıdır ki, bu şəxsin silahı bizim təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən alınıbsa, o şəxs niyə bayıra çıxarılıb, niyə bizim təhlükəsizlik xidmətinin istintaq qrupunun əməkdaşları onu dindirməyənə qədər polisə təhvil verilib və sair. Ona görə də parlamentdə, ya plenar iclasda, ya Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin iclasında bu istiqamətdə müəyyən dinləmənin keçirilməsinə ehtiyac var”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR