İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Zəfər Gününə həsr olunmuş tədbirdə çıxış edib - Video

998 09.11.2022 23:03 Sosial A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuzda Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərin və müharibə iştirakçılarının iştirakı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş bayram tədbirində çıxış edib.

Musavat.com-un xəbərinə görə, Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Ayan Palace" hotelində baş tutan, Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərin və müharibə iştirakçılarının, rayon rəhbərliyinin, aydınların iştirak etdiyi bayram tədbiri iştirakçılarını təbrik edən Qənirə Pasayeva ürək sözlərini bölüşüb:

"Zəfər Günündə ilk növbədə şəhid ailələrinin, qazilərin, müharibədə fədakarlıq göstərmiş iştirakçıların təbrik edilməsi artıq bir ənənəyə çevrilib. Sərhəd rayonu olan Tovuzda bu ənənənin özünəməxsus tarixçəsi var. 44 günlük Vətən müharibəsindən öncə - 12-16 iyul 2020-ci ildə Tovuz döyüşləri baş vermiş, Ordumuz düşmənə layiqli cavab vermiş və "Generalın və bütün şəhidlərimizin qanını yerdə qoymayacağıq" deyə and içmiş minlərlə könüllü cəbhəyə yazılmışdı. Tədbirin əvvəlində möhtəşəm Zəfərimizə həsr olunmuş videoçarxda nümayiş edilənləri təkrarlamaq istəmirəm. Bəli, 4 gündən 44 günə bir qəti yol başladı. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə səfərbərlik idarələrinin önü aşıb-daşdı. Azərbaycan Respublikasının Dövlət Himnində deyildiyi kimi, "Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu". Şəhidlərimizin əziz xatirəsi bizimçün həmişə əzizdir və onların əziz ruhu qarşısında bir daha ehtiramla baş əyirik. Sizləri bir daha 8 noyabr - Zəfər Günü və 9 noyabr - Bayraq Günü münasibətilə ürəkdən təbrik edir, ən xoş diləklərimi yetirirəm! Bayramlarınız mübarək olsun!"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR