İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Vətən müharibəsinin bir qrup qazisi ilə görüşüb - Fotolar

809 28.11.2022 17:05 Sosial A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentdə Vətən müharibəsinin bir qrup qazisi ilə görüşüb.

Musavat.com-un xəbərinə görə, qazilərlə ətraflı söhbət edən Qənirə Paşayeva onların ürək sözlərini dinləyib, özlərinin və ailələrinin qayğıları ilə yaxından maraqlanıb.

Komitə sədri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müharibə iştirakçılarına, qazilərə, şəhid ailələrinə yüksək diqqət-qayğısından, həssasiyyətindən söz açıb, bu həssasiyyətin hər bir millət vəkili, hər bir dövlət qulluqçusu üçün əsl örnək olduğunu deyib.

Qənirə Paşayeva qazilərlə hər bir görüşün onun üçün əziz, doğma görüş olduğunu bildirib, onların şəhid olan cəbhə yoldaşlarının əziz ruhuna dərin ehtiramını yetirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR