İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat seçilməyən aktyordan ilk açıqlama

921 15.05.2023 18:33 Siyasət A A

Türkiyə Böyük Millət Məclisinə deputat seçilməyən məşhur aktyor Mehmet Aslantuğ ilk açıqlamasını verib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə İşçi Partiyasından (TİP) deputatlığa namizəd olan aktyor bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Əgər özümüzə izah edəcək sözümüz yoxdursa, həyatı anlamaq çətinləşir. Biz vacib deyil, dəyərli olmaq yolundayıq. Təbii ki bunun heç bir limiti, sonu yoxdur. An etibarı ilə də özünü sənətdə deyil, özündə sənəti sevməyə çalışanlarla bu ömrü tamamlayaram. Ürəyini açan, dəstəyini göstərən hər kəsə salamlarımı çatdırıram”, - aktyor bildirib.

Qeyd edək ki, qısa müddət öncə M. Aslantuğ boşanma xəbərləri ilə gündəmə gəlmişdi. Belə ki, o, 27 il əvvəl aktrisa Arzum Onanla ailə həyatı qurub və cütlüyün Can adlı bir oğlu var. Daima haqlarında nümunəvi cütlük kimi bəhs edilən ikili mayın 29-da boşanacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR