İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Gədəbəy hadisəsi ilə bağlı ŞOK FAKTLARI AÇIQLADI

4337 23.06.2023 12:49 Siyasət A A

Milli Məclisin iclasında çıxış edən deputat Aqil Abbas Gədəbəydə baş verən hadisələrdən bəhs edərkən xatırlatdı ki, Söyüdlü qızıl mədənində Amerika şirkəti çalışır.

Musavat.com xəbər verir ki, deputat FETÖ ilə bağlı narahatlığını bölüşdü, əlavə etdi ki, FETÖ də Amerikada oturub.

A.Abbasın sözlərinə görə, Söyüdlüdə camaatı küçəyə çıxaran da, polisə qaz sıxdıran da eyni əldir:

“FETÖ-çülər meydan sulayır. Media adamıyam, mən media adına danışıram. Media da FETÖ-çülərin əlindən qan ağlayır. İki Rusiya vətəndaşını Söyüdlüyə göndərən əli tapmaq lazımdır”.

Deputat Gədəbəy İcra Hakimiyyətinin başçısı və bələdiyyə sədrini də tənqid etdi: “İcra başçısı, bələdiyyə sədri var. Bəs onlar hiss eləmirdilər ki, belə hadisə hazırlayırlar? Moskvadan gələn iki nəfər yas yerində meydanı boş görüb, nələrsə hazırlayırdısa, bəs onlar harda idilər? Niyə gedib vətəndaşlarla işləməyiblər? Necə olur ki, iki nəfər Rusiyadan gəlib o aksiyanı planlaşdırıb? İcra Hakimiyyətinin işçiləri hara baxırdı?”

A.Abbas narahatlıqla bildirdi ki, hazırda Azərbaycanda polisi nüfuzdan salmağa çalışırlar: “Bu, yolverilməzdir. Polis ölkənin onurğa sütunudur. Hər gün oxuyuruq, polis nə qədər cinayətkarı zərərsizləşdirir, nə qədər narkokuryer tutur”.

Deputat istisna etmədi ki, gözdənsalma kampaniyasında belə qüvvələr də iştirak edir.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR