İnsanlara hürriyət, millətlərə istiqlal!

“Demokratiya və insan hüquqlarının inkişaf etdirilməsi pərdəsi altında hiyləgər və məkrli niyyətlər var”

459 20.06.2023 13:44 Gündəm A A

“Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarus “Şərq tərəfdaşlığı” proqramının təsiri altına düşən ölkələrdir. Təbii ki, uzun illər ərzində bu dövlətlərlə Avropa İttifaqı və Avropanın digər təşkilatları arasında münasibətlərin tənzimlənməsi ilə bağlı tədbirlər görülüb. Biz qrant layihələri ilə bağlı digər dövlətlərə münasibətdə bu prosesin şahidi olmuşuq”.

Bu fikirləri Musavat.com-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov deyib. O qeyd edib ki, demokratiya və insan hüquqlarının inkişaf etdirilməsi pərdəsi altında hiyləgər və məkrli niyyətlər var: “Həm ölkə daxilində, həm də ölkədən kənarda media sahəsində araşdırmaların həyata keçirilməsi məsələsinə baxdıqda məqsəd aydın olur. Bir ölkədə baş verən prosesləri daha yaxından, dəqiq və ətraflı araşdırmaq istəyirlərsə, ilk növbədə ölkə daxilində fəaliyyət göstərən jurnalistlərə müraciət olunmalıdır. Xarici ölkələrdə jurnalist, bloqer adı altında fəaliyyət göstərən amma fəaliyyətini yalnız Azərbaycanın dövlətinin maraqlarına zidd istiqamətdə yönəldən kifayət qədər insan var ki, onlar məhz bu qrant layihələrindən yararlanacaqlar. Düşünürəm ki, ciddi vəsait tələb edən bu layihələrdən gələcəkdə Azərbaycana qarşı istifadə edəcəklər”.

Xəyal Bəşirov: "Bu cür şəxslərlə dövlətin idarə edilməsi həqiqətən də  təhlükəlidir" » Newscenter.az

Politoloq vurğuladı ki, bu layihə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesi ilə paralel icra olunur. Ekspertin sözlərinə görə, Azərbaycanın müəyyən məsələlərdə güzəştə getməsi üçün qrant layihələri daha geniş vüsət ala bilər: “Azərbaycana qarşı kifayət qədər əsassız ittihamlar səsləndirilir. Sülh sazişi imzalanana qədər Azərbaycana təsirlər olacaq. Bu təsirlərin öhdəsindən gəlmək üçün Azərbaycan mövqeyində zərrə qədər güzəştə getmək niyyətində deyil. Avropa İttifaqına (Aİ) gələndə isə Azərbaycanın bu təşkilatla münasibətləri kifayət qədər yüksək səviyyədədir. Azərbaycan bərabərhüquqlu əməkdaşlığa, tərəfdaşlığa üstünlük verir. Ölkəmiz Aİ-nin 27 ölkəsindən 9-u ilə tərəfdaşdır. Azərbaycan Rusiya-Ukrayna müharibəsinin fonunda Avropanın enerji təhlükəsizliyi ilə yaranmış çətinliklərin qarşısını alınması ilə bağlı ciddi rola malik olan dövlətlərdən biridir. Bu konteksdən yanaşdıqda düşünürəm ki, Azərbaycana münasibət tamamilə fərqli olmalıdır çünki bu gün Avropa üçün əslində insan hüquq və azadlıqlarından, demokratiyadan heç də az əhəmiyyət daşımayan enerji təhlükəsizliyinin təmin edilməsi prosesində bizim rolumuz böyükür. Avropaya ənənəvi enerji resurslarının, alternativ və bərpa olunan enerji resurslarının, yeni dövrün tələblərinə uyğun olaraq yaşıl enerjinin ixrac edilməsi istiqamətində müzakirələr gedir, sənədlər imzalanır. Bu amilləri nəzərə alsaq, həmin qrant layihələrinin elan edilməsi ilə bağlı prosesin Azərbaycanın gördüyü işlərlə müqayisədə nə dərəcədə cılız və az əhəmiyyətə malik olduğunun şahidi olarıq”.

Qeyd edək ki, Avropa İttifaqı Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarusda demokratiya və insan hüquqlarının inkişaf etdirilməsi pərdəsi altlnda yeni yüksək məbləğli qrant layihələri elan edib. Müxtəlif sahələr üzrə ictimai maraq kəsb edən məsələlərə dair jurnalist araşdırmalarının həyata keçirilməsi üçün 100 min avro məbləğinədək layihələrin maliyyələşdiriləcəyi bildirilib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR