İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli zəlzələdən 13 ay sonra - Kahramanmaraşdan YENİ GÖRÜNTÜLƏR - VİDEO

1365 15.03.2024 14:10 Region A A

Türkiyədə fevralın 6-da baş verən dağıdıcı zəlzələlərdən 13 ay keçir.

Musavat.comHaber Global”a istinadən xəbər verir ki, Kahramanmaraş şəhər mərkəzi havadan dronla görüntülənib.

Ramazan ayında şəhərdə tikinti işləri davam edərkən, vətəndaşlar evlərin və iş yerlərinin tikintisinin sürətləndirilməsini istəyir.

Layihə çərçivəsində Azərbaycan məhəlləsinin tikintisi də davam edir. Ərazidə qazıntı, doldurma və təməl hazırlıq işləri tamamlanıb. 

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub. Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Təbii fəlakət nəticəsində Türkiyədə 50,5 min nəfər ölüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR