İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ QƏTL: 13 yaşlı yeniyetmə qardaşını güllələyən şəxsi bıçaqlayaraq ÖLDÜRDÜ

1527 30.04.2023 00:54 Hadisə A A

Türkiyənin Ərzurum şəhərində dəhşətli hadisə baş verib.

Musavat.com xəbər verir ki, 13 yaşlı uşaq qardaşını ov tüfəngi ilə vuran şəxsi uşaq 7 yerindən bıçaqlayıb.

Məlumata görə tüfənglə vurulma hadisəsi bir il bundan qabaq baş verib. O gündən sonra iki tərəf arasında qan davası başlayıb.

13 yaşlı yeniyetmə ötən ilin sentyabr ayında qardaşı Mazlum Çeliki ov tüfəngi ilə yaralayan Mustafa Dalğa ilə mübahisə edib.
 
Mübahisənin böyüməsi nəticəsində M.A.Y.C. yanındakı bıçağı ilə Mustafa Dalğaya sinəsindən, qoltuğundan və kürəyindən xəsarətlər yetirib. Xəbərdarlıq üzərinə hadisə yerinə sövq edilən təcili yardımla xəstəxanaya aparılan Mustafa Dalğa edilən bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib.

Ətrafdakı təhlükəsizlik kamerası görüntülərini araşdıran polis qrupları, şübhəlinin 13 yaşlı yeniyetməni qısa müddətdə bıçaqla birlikdə yaxalayıb. O nəzarətə alınaraq yetkinlik yaşına çatmayanlarla iş üzrə Şöbə Müdirliyinə təhvil verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR