İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ HADİSƏ: Boşandığı həyat yoldaşını güllələdi, daha sonra intihar etdi - VİDEO

954 25.04.2023 17:14 Kriminal A A

Türkiyənin Tokat vilayətində dəhşətli hadisə baş verib.

Musavat.com xəbər verir ki, 39 yaşlı 5 il əvvəl boşandığı qadını küçənin ortasında güllələyərək öldürüb. 

Daha sonra həmin şəxs hadisə yerində intihar edib.

Sözügdən dəhşətli hadisə bu gün səhər saatlarında baş verib. 3 uşaq anası Ebru Günəş küçədə gedərkən əvvəllər də onu təhdid etdiyi üçün həbsdə olan keçmiş həyat yoldaşı Ahmet Göktaşla rastlaşıb.

5 il əvvəl boşanan Göktaşla Günəş arasında küçədə mübahisə düşüb. Müzakirə zamanı Göktaş özü ilə gəzdirdiyi silahı çıxararaq Ebru Günəşə atəş açıb. Ahmet Göktaş daha sonra eyni silahla özünü güllələyib.

Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Təcili yardımın nəzarətində Günəş və Göktaşın həyatını itirdiyi müəyyən edilib. Ebru Günəş və Ahmet Göktaşın cəsədləri müayinədən sonra morqa aparılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR