İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ ANLAR: Küçənin ortasında bıçaqladılar, sonra döydülər - ANBAAN VİDEO

769 26.11.2022 15:57 Hadisə A A

İstanbulda yoldan keçənləri saxlayaraq pul tələb edən bir qrup şəxs pulunu verməyən biri qadın olmaqla 4 nəfəri döyərək bıçaqlayıb.

Musavat.com xəbər verir ki, azyaşlılardan ibarət olan qrupunun insanlara hücum edərək bıçaqladığı anlar təhlükəsizlik kamerasına anbaan əks olunub.

Hadisə çərşənbə günü, noyabrın 2-də saat 01:30 radələrində Beşiktaş Çarşı Mumcu Baqqal küçəsində baş verib. İddialara görə, biri qadın olmaqla, 4 nəfər evlərinə getmək üçün küçə ilə gedərkən onların qarşısını kəsən bir qrup uşaq pul tələb edib. Həmin şəxslər pul verməyəcəklərini dedikdə aralarında mübahisə yaranıb. 

Küçənin ortasında mübahisə gedərkən pul istəyən qrup qəfil hücum edib. Nə baş verdiyini anlamadan hücuma məruz qalan qadın və üç kişi yerə yıxılıblar. Hücum edən yeniyetmələr daha sonra onlara təpik və şillə ilə vurmağa başlayıb. Hücuma məruz qalan insanlar çarəsizcə qaçmağa çalışıblar. Yeniyetmələrin bəziləri bellərindən bıçaq çıxararaq onlara dəfələrlə zərbələr endiriblər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR