İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏT! Qəzzada qaçqın düşərgəsi YENƏ BOMBALANDI, NATO qoşunları göndərilir - CANLI

691 01.11.2023 16:00 Son xəbər A A

100-dən çox insanın həyatını itirdiyi Qəzzadakı Cəbaliyə qaçqın düşərgəsinə yenidən aviazərbələr endirilib. Aviazərbələr nəticəsində çox sayda ölü və yaralının olduğu bildirilir.

ABŞ və İsrail HƏMAS-ın ləğvindən sonra Qəzza zolağına çoxmillətli qüvvələrin göndərilməsi imkanını nəzərdən keçirir. Musavat.com xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.

“ABŞ və İsrail Qəzzanın gələcəyi ilə bağlı variantları, o cümlədən İsrail qüvvələrinin HƏMAS-ı devirməkdə uğur qazanacağı təqdirdə ABŞ hərbçilərinin də daxil ola biləcəyi çoxmillətli qüvvələrin Qəzzaya yerləşdirilmə imkanlarını nəzərdən keçirir.

Tərəflər həmçinin ABŞ, İngiltərə, Fransa və Almaniya qoşunlarının dəstəyi ilə anklav üzərində müvəqqəti nəzarətin region ölkələrinə verilməsi imkanlarını da müzakirə edir”, - mənbə bildirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişinin aparıcısı Emil Salamoğlu professor Qabil Hüseynli ilə danışır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR