İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏT: Həyat yoldaşını güllələdi, özünü avtomobildə yandırdı - VİDEO

1314 19.11.2022 17:42 Hadisə A A

Türkiyədə Yaşar Ç. adlı şəxs arvadını tapança ilə vuraraq hadisə yerindən qaçıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət sonra həmin şəxs avtomobilində özünü yandıraraq intihar edib.

Sözügedən dəhşətli hadisə Ankara şəhərində baş verib.

Ankarada yaşayana 37 yaşlı Yaşar Ç. mübahisə etdiyi həyat yoldaşı Zülfü Ç.-ni tapança ilə vurduqdan sonra qaçıb. Şübhəlinin tutulması üçün işə başlayan polis qrupları, hadisə yerinə yaxın boş sahədə avtomobildə partlayış olduğu barədə məlumat alıb. Vətəndaşların xəbəri ilə hadisə yerinə gələn qruplar Yaşar Ç.-nin içində olduğu avtomobili yandıraraq intihar etdiyini müəyyən ediblər. Öldüyü müəyyən edilən Yaşar Ç. və həyat yoldaşı Zülfü Ç.-nin cəsədləri Keçiören Ədliyyə Tibb Qurumunun meyitxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR