İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏT: Bakıda gənc oğlan küçədə GÜLLƏLƏNDİ - YENİLƏNDİ VİDEO

2582 26.06.2024 21:59 Kriminal A A

İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

****

Bakıda güllələnmə hadisəsi baş verib.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki, hadisə bir az əvvəl paytaxtın Nərimanov rayonunda, "Metro Park"ın qarşısında qeydə alınıb.

Gənc oğlan küçənin ortasında güllələnərək öldürülüb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR