Argentina millisinin kapitanı Lionel Messi matçın son dəqiqələrində növbəti dəfə fərqlənib.
Ulduz futbolçu 90+5-ci dəqiqədə vurduğu qolla həm öz dublunu rəsmiləşdirib, həm də komandasının üstünlüyünü artırıb — 2:0. Messi bu görüşdə Argentina qələbəsinin əsas memarlarından biri olub.
***
Argentina dünya çempionatının J qrupunda Avstriya ilə keçirilən oyunda hesabı açdı.
Komandanın kapitanı Lionel Messi 38-ci dəqiqədə rəqib qapısına yol taparaq Argentina millisinin hesabda önə keçməsini təmin etdi — 1:0.
21:00***
Argentina – Avstriya oyunu başladı
Musavat.com xəbər verir ki, futbol üzrə dünya çempionatında Argentina və Avstriya yığmaları üz-üzə gəlir.
J qrupunun II turu çərçivəsində keçirilən qarşılaşma Dallas stadionunda baş tutur.
Oyunun gedişində Argentina millisinin kapitanı Lionel Messi penalti zərbəsindən yararlana bilməyib. Cənubi Amerika təmsilçisinin ulduzu rəqib futbolçunun kobud oyunundan sonra təyin olunan onbirmetrlik cərimə zərbəsini qapıdan kənara vurub.
Qarşılaşmanı misirli FIFA referisi Amin Omar idarə edir.
Musavat.com






