Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyununda ikinci qol vurulub.
Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 2:0.
82-ci dəqiqədə Azzedin Unhai dubl edib.
***
Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyununda ilk qol vurulub.
Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabı açıb - 1:0.
50-ci dəqiqədə Azzedin Unhai adını tabloya yazdırıb.
***
Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyununda ilk hissə bitib.
Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.
***
Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyunu başlayıb.
1/8 final mərhələsinin matçı Hyuston stadionunda keçirilir.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir./Report






