İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2022-nin açılış mərasimi keçirilib - VİDEO

1144 20.11.2022 19:23 İdman A A

Qətərdə təşkil edilən dünya çempionatının açılış mərasimi keçirilib.

Musavat.com-un Apasport.az-a istinadən məlumatına görə, tədbir Dohadan 40 kilometr şimalda yerləşən El-Xaur şəhərindəki 60 min tamaşaçı tutumuna mali “El-Bayt” stadionunda baş tutub.

Mərasimdə Cənubi Koreyanın Kpop qrupu BTS-in üzvlərindən Çon Conquk “Dreamers” musiqisini ifa edib. Həmçinin bir çox tanınmış xarici və qətərli müğənnilər öz ifaları ilə iştirak ediblər.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq Qətər – Ekvador oyunu ilə start götürəcək DÇ-2022-nin çempionu 42 milyon dollar qazanacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR