İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşkəsənə güclü qar yağıb, avtomobil yollarında çətinlik yaranıb

452 24.02.2023 11:55 Siyasət A A

Azərbaycanın Qərb bölgəsinin dağlıq rayonlarına güclü qar yağıb.

"Report"un Qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarından yağan qar səhərə qədər davam edib.

Nəticədə avtomobil yollarında gediş-gəliş çətinləşib, bəzi yerlərdə hərəkəti məhdudlaşıb. Problemin həlli məqsədlə yollara duz qarışıq qum səpilir.

Daşkəsəndə qarın hündürlüyü 35-40 sm-ə çatıb.

Gədəbəy, Göygöl və Şəmkirin ucqar kəndlərinə də qar yağıb. Bu rayonların da bəzi avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR