İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşkəsəndə kişi kürəyindən bıçaqlandı

642 20.03.2024 01:03 Kriminal A A

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Daşkəsən şəhərində yerləşən binalardan birinin qarşısında qeydə alınıb.

1990-ci il təvəllüdlü Məzahir Məmmədov kürək nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, M.Məmmədov tanışları ilə dava zamanı bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR